webpage.az-ın hazırladığı saytlar mükafat aldı

webpage.az-ın hazırladığı saytlar mükafat aldı

Xəbər verdiyimiz kimi, sentyabrın 28-də Rumya oteldə "AC Production"ın təşkilatçılığı mükafatlandırma tədbiri keçirilib.

Gecədə "Webpage" şirkətinin hazırladığı BiG.AZ, SONXEBER.AZ, XANIM.AZ kimi xəbər portalları mükafata layiq görülüb. BİG GROUP şirkətinin nəzdində fəaliyyət göstərən BiG.AZ xəbər portalı "İlin ən çox oxunan saytı", SONXEBER.AZ xəbər saytı "İlin fəal xəbər saytı", XANIM.AZ isə "İlin № 1 xanım saytı" mükafatına layiq görülüb.

Mükafatlandırma gecəsində WEBPAGE.AZ-ın rəhbəri Anar Quliyev, BİG GROUP-un rəhbəri Emil Əkbərov, bir sıra məşhurlar və digər əməkdaşlar da iştirak edib.

Qeyd edək ki, 2005-ci ildən etibarən fəaliyyətini davam etdirir və Azərbaycanın ən tanınmış veb xidmətlər təklif edən şirkətlərindən biridir. Şirkət yüksək keyfiyyətli, zövqünüzə uyğun veb saytların hazırlanması və digər veb xidmətlər təklif edir. Qurduğumuz saytlar içərisində Azərbaycanın tanınmış, reytinqli saytları, özəl və dövlət şirkətlərin saytları və xarici saytlar var. (Big.az, Unvan.az, Enter.az, Xanim.az, Sonxeber.az və s.)

Onu da bildirək ki, “Webpage.Az” dəfələrlə “Number One” “International Award” və başqa mükafatına layiq görülüb.

 

Dərc edilmə tarixi: 30.09.2017
+994(55)7284848