Automattic blog sonluqlu domenlərin satışını və qeydiyyatını həyata keçirməyə başlayıb | Webpage.Az

Blog sonluqu ilə bitən domenlər

Blog sonluqu ilə bitən domenlər

“WordPress.com”-un ana şirkəti “Automattic” .blog sonluqlu domenlərin satışını və qeydiyyatını həyata keçirməyə başlayıb. Şirkət bunu “WordPress”-in rəsmi bloqunda paylaşdığı yazı ilə bildirib, ancaq domenlərin satış qiyməti ilə bağlı məlumat verməyib.

Şirkətin açıqlamasında

“Domen qeydiyyat qiymətlərinin təyinatının son mərhələsindəyik. Qiymətlər üst səviyyə sonluqlu domenlərin qiyməti kimi olacaq və bəzi premium domenlər üçün daha çox ödəmə tələb ediləcək” bildirib.

Qeyd edək ki, bu sonluqda domeni istənilən hər kəs satın ala bilər və domeni blog ilə əlaqələndirmək məcburiyyəti olmayacaq.

Dərc edilmə tarixi: 10.06.2017