Veb sayt hazırlatdırarkən əvvəlcə veb saytı hazırlayacaq adamı və şirkəti düzgün seçməlisiz. Veb sayt davamlı inkişafa açıq olan bir əməliyyat olduğu üçün davamlı texniki dəstəyə ehtiyac olacaq. Bu kimi ehtiyaclarınızı qarşılaya bilən bir şirkətlə çalışmağınız ən başda diqqət etməli mövzulardan biridir.
Veb sayt çox əhəmiyyətli bir işdir,həvəskar edilən bir iş sizi yolda buraxacağı kimi, eyni zamanda da işinizin uğur qazanmasına mane olacaqdır. Mercedes-də bir maşındır minərsiz gedər, 07-də bir maşındır minərsiz oda gedər. Aralarındakı fərq çox açıq şəkildə göz önündədir.
Veb sayt istədiyiniz kimi oldu lakin axtarış sistemlərində görünmür,ilk səhifələrdə çıxmır. Veb sayt axtarış sistemlərində çıxmırsa heç bir geri dönüş ala bilməzsiniz. Dağ başında bir şirkət qurdunuz amma nə gələn var, nə gedən... Belə olan halda siz ancaq zaman və pul itirəcəksiniz.
Veb sayt tam istədiyiniz kimi oldu amma 3 gün açılır,3 gün açılmır və ya səhifələrə keçid etmək üçün çay fasiləsi verməyiniz lazım olur. Ucuz alacağınız hosting xidmətləri saytınızın gec işləməsinə səbəb olacaqdır.
Qısacası veb sayt qurdurarkən bunların olması lazım olan başlıca xüsusiyyətlərdir:
Özünə məxsus bir dizayn olmalıdır.
Özünə məxsus məzmuna sahib olmalıdır.
Proqram və kodlaşdırma html, css kodlaşdırma siyasətinə uyğun olmalıdır.
İnkişaf etdirməyə açıq olmalıdır.
Dizayn və texniki dəstək imkanı olmalıdır.
Keyfiyyətli hostinqə sahib olmalıdır.
Google siyasətinə uyğun optimizasiyalı olmalıdır.
Bütün brauzerlərə uyğun olmalıdır.
Təhlükəsizliyi təmin edilməli, lazımlı təhlükəsizlik testlərindən keçirilməlidir.
Davamlı ehtiyatlar alınaraq arxivlənməli, təcili vəziyyətlərdə geri qaytarılma dərhal edilməlidir.
Sizə davamlı bu mövzularda dəstək olan Webpage.Az ilə işiniz sizi rəqəmsal dünyada irəliyə daşıyacaq.