İnternetdən necə pul qazana bilərəm? | Webpage.Az

İnternetden pul qazanmağın yolları

İnternetdən necə pul qazana bilərəm?

Bu işə başladığımız zaman bizi tanıyanların bir çoxu, gedin özünüzə iş tapın bu nə işdi bütün günü kompüterin qabağında və ya telefon bütün günü əlinizdən düşmür deyerdi. Yəqinki bu cümlələr bu sahədə çalışanların bir çoxuna tanışdı. Və yaxud içinizdən kimlərsə bu düşüncəyə sahib olub.

Bu gün demək olarki bu düşüncələr kəskin şəkildə azalıb. Artıq Azərbaycanda bu sahədə inkişaf hiss olunur. Amma təsüflər olsunki hələ tam olaraq inkişaf etmək üçün lazım olan beyinə sahib deyilik. Məsələn deyək ki, bir mağazamız var və istəyirik ki, onlayn mağazaya sahib olub məhsullarımızı daha geniş kütləyə çatdıraq və alıcı sayını artıraq. Əslində onlayn alış-veriş saytı qurmaqla bunu etmək mümkündür. Onlayn alış-veriş saytı qurmaq mağaza icarəyə götürüb işlətməkdən çox-çox asandır. Çətin olan bunu bəzi insanlara izah etməkdir.

Problemlərin bir neçəsini sizinlə paylıaşıram.

Məsələn ayda 1000 manatdan çox icarə ödəyən və əlavə xərcləri 1000 manatdan-da çox olan və mağaza təmirinə bir ətək pul xərcləyən bir sahibkar web saytın hazırlanması üçün lazımızı qədər  pul xərcləmək istəmir. Səbəblər çox sadədir. Pul xərclədiyi sayta toxuna bilmir, qapısıda yoxdurki girib içində gəzsin.:) Adam hələdə inanmırki sadəcə internetlə idarə edib və aylıq xərclər etmədən pul qazana bilər. DİQQƏT EDİN istər mağaza olsun istərsədə onlayn alış-veriş saytı, məqsəd yalnız məhsul və ya xidmət satıb gəlir əldə etməkdir. Xarici bazarlarda yeteri qədər uğur əldə etmiş onlayn alış-veriş saytları var. Çox uzaqa getməyək elə şimal qonşumuz olan Rusiyada onlayn satışın illik dövriyyəsi 8 milyarddan çoxdur. Hələ mən alibaba.com saytının 11 dekabrda (subaylar günündə) 24 saata 25 milyardlıq satış etdiyini demirəm. Məqsədim Çin bazarı ilə Azərbaycan bazarını müqayisə etmək deyil web saytların nə qədər geniş imkanlara malik olmasını göstərməkdir. İndi düşünün dünyanın ən böyük mağazası 1 gündə nə qədər satış edə bilər? Sayt qədər edə bilərmi sizcə?)

İndi gəlin mağaza və onlayn fərqinə baxaq:

Mağazanın xərcləri:

1.    Aylıq icarə haqqı, hər ay ödənilir (məs: 1000 AZN)

2.    Vergi

3.    Komunal xərclər, hər ay ödənilir

4.    5 işçi, aylıq əmək haqqıları

5.    Məhdud alıcı kütləsi

6.    Məhdud işləmə saatları

7.    Eyni vaxtda maksimum 3-5 məhsul satmaq imkanı

Onlayn mağazanın xərcləri:

1.    Saytın hazırlanma xərci, 1 dəfə ödənilir (məsələn 3000 manat)

2.    Aylıq internet 20 AZN

3.    Server xərcləri aylıq 10 AZN

4.    Maksimum 2 işçi

5.    Gəlirdən vergi

6.    Komunal xərclər yoxdur

7.    İnternetdə geniş alıcı kütləsi

8.    24 saat satmaq imkanı

9.    Eyni vaxtda 100 dən çox məhul satmaq imkanı

Əslində bu siyahını çox uzatmaq olar. Fərqlər həddindən artıq çoxdur.

Saytların hazırlanmasında bir çox məqamlar varki onlara diqqət etmək vacibdir. Saytını quracağımız şirkət haqqında yeteri qədər informasiyamız olmalıdır. Şirkətin müştəriləri kimlərdir? Qadınlar yoxsa kişilər çoxluq təşkil edir? Yaş aralıqları neçədir və bir çox nüansları qeyd etmək olar. Məsələn şirkətin müştərilərinin 70%-dən çoxunun 40-dan çox yaşı varsa böyük şriftlərdən istifadə olunmalıdır və saytın istifadəsi rahat olmalıdır. Çünki 40-yaşdan yuxarı insanların bir çoxunda göz zəifliyi müşahidə olunur. Saytdan istifadə edənlərin çoxu qadınlardısa yumru dizaynlardan, kişilərdirsə kəskin dizaynlardan istifadə etmək lazımdır. Bu qaydalara istənilən sahəyə aid saytların hazırlanması prossesində əməl olunmalıdır. Bunu kimi nə qədər nüanslar varki saytın hazırlanma prosesində diqqət etmək lazımdır. Ən vacib məsələlərdən biridə odurki saytınızın hazırlanmasını həyata keçirən şirkət bu sahədə təcrübəli və təcrübənin real göstəricisi olan güclü portfoliosu olmalıdır.

Birdə maraqlı fikir var söyləyənlərdə var: Mən bir iş qurmuşam görəsən necə edə bilərəmki çox insanlar tanısın. Cavab bəllidir. Bu sualın bütün dünyada 1 cavabı var REKLAM. Sadəcə reklama pul ayırmaq istəmirlər. Gözləyirlərki pul gəlsin sora reklama pul xərcləsin. Ona qədər dost-tanış qohum-əqrabalaradan müştəri axtarırlar. Bütün tanınmış şirkətlər öncə pul xərcləyir sonra qazanır, bizdə isə qazanıb sora xərcləyirik. Ona görədə ölkəmizin ən tanınmış brendi AZTV kanalıdır.

Saytınızı internetdə reklam etməkdən çəkinməyin. Çünki internetdə reklam qalıcıdır. Televiziya kimi bir kadrdan ibarət deyil. Sayt sizin online iş yerinizdir. 24 saat çalışır sizin üçün çalışır. Sizin gün ərzində müştərilərinizə bir-bir verdiyiniz informasiyaları sayt gün ərzində minlərlə insana çatdırır.

Əyər sizdə intenətdə şirkətinizi uğurlu şəkildə təmsil edən web sayta sahib olmaq istəsəniz bizə müraciət edə bilərsiniz.

Date of publication: 15.01.2018